EN

Tramp: Ukrayna ilə Rusiya sammitin nə vaxt keçiriləcəyinə özləri qərar verməlidir

Rusiya və Ukrayna tərəfləri sammiti nə vaxt keçirməyə hazır olduqlarına özləri qərar verməlidir.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib.

Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Jae-Myunqla görüşü zamanı belə danışıqların vaxtı ilə bağlı sualı cavablandırarkən deyib: “Bu onların öz ixtiyarındadır”.

O qeyd edib ki, Rusiya və Ukrayna liderləri ayrıca ikitərəfli görüş keçirməlidirlər.

Eyni zamanda, Tramp prezidentlər arasında görüşün baş tutacağına zəmanət verə bilməyəcəyinə işarə vurub:

"Görüşəcəklər, ya yox, bilmirəm. Onların görüşündə olmağımı istəyirlər".

Chosen
43
4
report.az

10Sources