EN

Nərimanovda yataqxanada yanğın olub

Nərimanovda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Cebheinfo.az”a FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Cebheinfo.az”

Chosen
117
25
cebheinfo.az

10Sources