EN

"Filankəs yüksək bal toplayıb, tələbə oldu, bəs sən niyə yox?"

YeniyetmÉ™ ali mÉ™ktÉ™bÉ™ hazırlaÅŸarkÉ™n bÉ™zi valideynlÉ™r övladına "sÉ™n universitetÉ™ qÉ™bul ola bilmÉ™sÉ™n biz el-alÉ™m içindÉ™ rüsvay olarıq" vÉ™ ya  "filankÉ™sin uÅŸağı tÉ™lÉ™bÉ™ adını qazansın, mÉ™nimki imtahandan kÉ™silsin sözünü özümÉ™ götürÉ™ bilmÉ™rÉ™m" kimi sözlÉ™r söylÉ™yir.

İmtahan stressi ilə yaşayan abituriyent bir tərəfdən də valideynin bu sözlərini eşidəndən sonra onun həyəcanı daha da artır. Və həmin uşaqlar imtahan zamanı özünü itirir, nəticədə çox zaman imtahandan yüksək nəticə əldə edə bilmir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, valideynlərin ən böyük xətalarından biri də uşaqlarını başqaları ilə müqayisə etməkdir:

"Valideynin ən böyük səhvi ailə içində uşaqlarını bir-birilə müqayisə etməkdir. Bəzən valideynlər qeyd edirlər ki, "qardaşına bax, yaxşı oxuyur, bacına bax, imtahandan yaxşı bal yığdı". Belə olan halda uşaq qardaşına, bacısına qarşı aqressiv olur, eqoistlik yaranır, ona qarşı kin saxlayır. Digər halda isə valideyn övladını qonşu, qohum, sinif uşaqları ilə, yaxud dostları ilə müqayisə edir. Bu isə qəbuledilməzdir. Bu zaman uşaqda kin, paxıllıq, qorxaqlıq hissi yaranır və ən əsası, uşaq özünü aciz hiss edir. Ali məktəbə qəbul ola bilməyib, stress keçirən yeniyetmələr mütləq psixoloqa müraciət etməlidir".

Sevinc

Chosen
61
8
hit.az

10Sources