EN

Azərbaycanlılarla oynayan futbolçu öldürüldü

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Moskva vilayətinin Şyolkovo şəhərində 20 yaşlı futbolçu Arseni Eroşeviçin ölümü ilə bağlı daha bir nəfərin həbsi açıqlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, cinayətdə əli olan 32 yaşlı kişi saxlanılıb. Ona zərərçəkmişin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurma maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi) ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Yerli telegram kanallarının məlumatına görə, saxlanılan şəxs “Azərbaycan bandası”nın üzvüdür və bu dəstə futbolçunu o qədər döyüb ki, o, aldığı xəsarətlərdən ölüb.

Bu saxlanılma Moskva ətrafını sarsıdan və böyük rezonans doğuran qətl işinin istintaqının davamıdır. Hadisə 17 avqustun səhər saatlarında baş verib. KİV-in əvvəlki məlumatlarına görə, münaqişə Arseniy Eroşeviçin kapitanı olduğu “Rus icması” futbol komandası ilə, əsasən azərbaycanlılardan ibarət “Dizel” komandası arasında keçirilmiş həvəskar futbol oyunundan sonra başlayıb.

Həmin gecə “Dizel” oyunçuları Arsenini klubdan çölə “kişi kimi söhbət etməyə” çağırıblar və onlara daha səkkiz nəfər də qoşulub. Nəticədə idmançı amansızcasına dəstə tərəfindən döyülüb. O, açıq kəllə-beyin travması da daxil olmaqla çox ağır xəsarətlər alıb və ayılmadan xəstəxanada vəfat edib. Bu iş üzrə daha əvvəl iki şübhəli şəxs Nijni Novqorodda saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
lent.az

2Sources