EN

1279-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1279-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 79 473 PUA-sı, 625 zenit-raket kompleksi, 24 776 tank və digər zirehli texnikası, 1 588 reaktiv yaylım atəş sistemi, 28 902 artilleriya və minaatanı, 40 372 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
28
49
axar.az

10Sources