EN

Qadın futbolçu seksizmin qurbanına çevrilib - Elə şəkillər göndərirlər ki...

Qadınlardan ibarət Almaniya milli komandasının futbolçusu Juliya Qvin avtobioqrafiyasında maraqlı məqamlar açıqlayıb.

Publika.az xəbər verir ki, o, seksizm hallarına tez-tez rast gəldiyini etiraf edib.

“Kişilər mənə daim anonim hesablar vasitəsilə açıq şəkillər göndərirlər. Həmin mesajları silirəm və hesabları şikayət edirəm. Bu, tamamilə təhqirdir. Zamanla belə mesajlar üçün bir növ radar inkişaf etdirdim və şübhələndiyim mesajları açmıram”, – deyə yarımmüdafiəçi bildirib.

Juliya 1999-cu ildə Tettnanqda anadan olub. Uşaqlığında taekvondo və həndbol ilə məşğul olub, lakin üç qardaşının futbol oynaması onu peşəkar karyerasını futbola həsr etməyə ilham verib.

Peşəkar karyerasına 2015/16 mövsümündə “Frayburq”da başlayıb. Həmin vaxt 16 yaşı olub. 2019-cu ildə Qvin Almaniyanın ən yaxşı futbolçusu seçilib və həmin ilin sonunda “Bavariya”ya keçib. Juliya Münhen klubunda 4 çempionluq titulu, həmçinin Almaniya Kuboku və Superkuboku qazanıb. Maraqlıdır ki, o, uşaqlıqdan “Bavariya”nı dəstəkləyirmiş və müqavilə imzaladıqdan sonra həmin dövrün fotosunu paylaşmışdı.

Milli komandada da karyerası uğurludur: 2016-cı ildə gənclər arasında Avropa çempionluğunu qazanıb, 2017-ci ildə əsas komandada debüt edib və hazırda bundestimin kapitanıdır. O, titullara sahib olmasa da, Avro-2022-də gümüş, Olimpiada-2024-də bürünc və Millətlər Liqası-2024-də bürünc medal qazanıb.

Juliya Qvin hazırda Almaniyanın ən məşhur futbolçusudur. O hesab edir ki, buna görə də sosial şəbəkə hesabları müxtəlif qeyri-etik mesajlarla doludur.

Chosen
3
publika.az

1Sources