EN

Prezident İlham Əliyev Formula 1 yarışları ilə bağlı viza prosedurlarını sadələşdirdi

Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Sərəncam imzalayıb.

Doğru.az xəbər verir ki, qərara əsasən, yarışla bağlı ölkəmizə gələn şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında sadələşdirilmiş qaydada viza ala biləcəklər. Viza üçün əsas sənədlər sırasında akkreditasiya kartı, yarış bileti və ya elektron bilet də qəbul ediləcək.

Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə müvafiq tapşırıqlar verilib ki, əcnəbilərə həm hava limanlarında, həm də “ASAN Viza” sistemi üzərindən vizaların əldə olunması ilə bağlı şərait yaradılsın.

DOĞRU.AZ

Chosen
5
dogru.az

1Sources