EN

İranda terror hadisəsinin videogörüntüləri yayıldı

İranda "Ceyş ül-Ədl" silahlı terror qruplaşması polis əməkdaşlarının güllələnməsini əks etdirən videogörüntüləri yayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.

Xatırladaq ki, üç gün əvvəl (22 avqust) İranşəhr şəhərində (Sistan və Bəlucistan əyaləti) iki polis patrul bölməsinə silahlı basqın edilib. Nəticədə beş polis əməkdaşı həlak olub.

Hadisəyə görə məsuliyyəti "Ceyş ül-Ədl" silahlı qruplaşması öz üzərinə götürüb.

Terror qruplaşması hüquq-mühafizə qüvvələrinin patrul maşınlarına qarşı keçirdiyi əməliyyatın və milli təhlükəsizlik müdafiəçilərinin öldürüldüyü kadrları dərc edib.
 


Chosen
16
3
7news.az

4Sources