EN

"Heç kim bizim arxamızca gəlmir": Əfqan qadınlar psixiatrik sistemin tələsinə necə düşür?" - BBC

 
"Psixi sağlamlıq mərkəzində azadlıq və tərk edilmişlik arasında..."
 
Kabilin qərbindəki yüksək təpədə, polad qapılar arxasında və üstündə gərilmiş tikanlı məftillərlə əhatə olunmuş yerdə, yerli sakinlərin nadir hallarda danışdığı və daha nadir hallarda daxil olduğu bir məkan var.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, bu yer Əfqan Qırmızı Aypara Cəmiyyətinə məxsus Psixi Sağlamlıq Mərkəzinin qadın bölməsi ölkədə qadınlara psixi dəstək verən nadir müəssisələrdən biridir. Yerli sakinlər onu "Qala" adlandırır. BBC mərkəzə eksklüziv daxil olub və orada saxlanılan 104 qadının həyatını, yaşadığı çətinlikləri görüb.
 
Həbsdəki qadınlar
Mərkəzdəki qadınlardan biri Məryəm evdə zorakılığa məruz qaldığını bildirir. Təxminən 25 yaşı olan Məryəm burada artıq doqquz ildir. O, ailəsi tərəfindən zorakılığa və pis rəftara məruz qaldığını, bir müddət küçədə yaşadığını danışır: "Qonşulara getsəm, qardaşlarım məni döyürdü", - o, deyir. Ənənəvi inanclara görə, qızlar nəzarətsiz evdən çıxa bilməz, buna görə onu evdə saxlayıblar.
 
Nəticədə qardaşları onu küçəyə ataraq gənc yaşda evsiz qalmış vəziyyətə salıblar. Burada onu psixi sağlamlığı ilə maraqlanan bir qadın tapıb mərkəzə gətirib. Bütün bunlara baxmayaraq, Məryəm daim gülümsəyir və tez-tez oxuyur. O, mərkəzdə təmizlikdə könüllü kömək edən azsaylı qadınlardan biridir.
 
Amma Məryəm getmək istəyir, gedə bilmir, çünki getdiyi yer yoxdur: "Mən ata-anamın yanına qayıtmağı gözləmirəm. Burada, Kabildə evlənmək istəyirəm, çünki evə qayıtsam, yenidən rədd olunacağam", - Məryəm deyir.
 
Patriarxal sistemin tələbləri
 
Təhlükəsizlik və patriarxal ənənələr səbəbindən Əfqanıstanda qadınların müstəqil həyatı demək olar ki, mümkün deyil. Qanun və cəmiyyət qadınların səfər, iş və bir çox xidmətlərə çıxış üçün kişi himayədara malik olmasını tələb edir. İqtisadi imkanlar isə əksər hallarda bağlıdır, qadınlar kişilərə iqtisadi asılı vəziyyətdədir. 28 yaşlı Həbibə də eyni vəziyyətdədir. Onu mərkəzə, ikinci dəfə evlənmiş əri gətirib. İndi onun da getməyə yeri yoxdur. Üç oğlu əmiləri ilə yaşayır, amma əlaqə qura bilmir.
Mərkəzdə vəziyyət ağırdır
 
Bəziləri burada 35-40 il qalıb. Psixoterapevt Səlimə Xalib deyir: "Bəzi qadınlar tamamilə ailələri tərəfindən tərk edilib. Heç kim onları ziyarət etmir, nəticədə burada yaşayır və ölürlər". Münaqişələr qadınların psixi sağlamlığına dərin təsir göstərib. 2024-cü ildə BMT-nin məlumatına görə, sorğuya qatılan qadınların 68 faizi öz psixi sağlamlığını "pis" və ya "çox pis" kimi qiymətləndirib.
 
Uşaqlar və gənc qadınlar xüsusilə risk altındadır
16 yaşlı Zeynəb, atasının dediyinə görə, qaçmağa çalışdığından evdə ayaqları zəncirlənib. Mərkəz üçün yer axtarışı illərlə davam edib. Hazırda o, mərkəzin ən gənc sakinlərindən biridir və hələ də keçmiş travmaları ilə üzləşir. Məryəm, Həbibə və Zeynəbin hekayələri göstərir ki, əfqan qadınları təkcə zorakılıq və müharibə nəticəsində deyil, həm də patriarxal sistem və məhdudlaşdırıcı qaydalar səbəbindən psixiatrik sistemin "tələsinə" düşürlər. Getmək istəsələr də, getmək üçün heç bir yer yoxdur.
Chosen
14
moderator.az

1Sources