Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Tacikistanda Böyük Vətən müharibəsi veteranı, Hisar şəhərində yaşayan Rəşid Kərim 114 yaşında vəfat edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Rəşid Kərim 1912-ci ildə anadan olub. 1942-ci ildə cəbhəyə çağırılana qədər 1935-ci ildən məktəb müəllimi işləyib.
Müharibə illərində Kərim Stalinqrad döyüşündə iştirak edib, 1-ci Ukrayna Cəbhəsinin 204-cü artilleriya alayında xidmət edib, Praqa və Berlinə qədər döyüşüb.
Müharibədən sonra Rəşid Kərim Tacikistana qayıdıb, burada müəllimlik fəaliyyətini davam etdirib, sonra kolxoza rəhbərlik edib. Onun hərbi və əmək şücaətləri orden və medallarla təltif edilib.
Qeyd edək ki, hazırda Tacikistanda 13 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.