EN

İƏT İsrailin Qəzza planları ilə bağlı təcili toplantı keçirəcək

İsrailin Qəzza şəhərini ələ keçirmək planları fonunda bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahu İsrail hərbi komandanlığının Qəzza şəhərinə nəzarəti bərqərar etmək və nəhayət, Fələstinin Həmas hərəkatını məğlub etmək planlarını təsdiqləyib.

İranın xarici işlər naziri Abbas Əraqçi İƏT-in fövqəladə iclasının keçirilməsini xahiş edib.

İƏT vurğulayıb ki, görüşün məqsədi İsrailin Qəzza zolağına tam nəzarətin yaradılmasına dair qərarları və planlarına qarşı mövqe və səyləri əlaqələndirməkdir.

Chosen
11
1
operativmm.az

2Sources