EN

Rinqdə dəhşətli anlar: Əfsanənin oğlu rəqibini vəhşicəsinə döydü

Los-Ancelesdə keçirilən "Knokx Pro Wrestling" şousunda qalmaqallı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, UFC-nin əfsanəvi döyüşçüsü Kvinton "Rampage" Ceksonun oğlu, 25 yaşlı Radja Cekson rinqə çıxaraq əvvəlcə indie səhnəsinin veteranı Stüart Smitə sərt "body slam" fəndi icra edib.

İlk baxışdan bunun şounun ssenarisinə uyğun olduğu görünsə də, gözlənilmədən Radja huşunu itirmiş rəqibinə yumruq zərbələri endirməyə başlayıb. Zal kədər və dəhşət səsləri ilə dolub, onu saxlamaq yalnız bir neçə mühafizəçi və rinqdəkilərin hesabına mümkün olub.

Hadisənin ən qorxunc tərəfi isə onun KICK platformasında canlı yayımlanması olub. Zərərçəkmiş Smit ağır xəsarətlərlə dərhal xəstəxanaya aparılıb. Son məlumata görə, o, özünə gəlib və vəziyyəti stabildir.

Münaqişəyə səbəb şoudan əvvəl baş vermiş insident olub. Stüart bir pivə qabını Radjanın başında sındırıb və ona guya rinqdə qisas almaq icazəsi verilib.

Baş verənlərə Radjanın atası, keçmiş UFC çempionu Kvinton Cekson da reaksiya verib:

Chosen
2
publika.az

1Sources