29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.
Referans  xəbər verir ki, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.
Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.
Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.
O, avqustun 23-dÉ™ İstanbula gÉ™lib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmÉ™ iÅŸlÉ™rini davam etdirir. /Lent.az Â