EN

Baba olan məşhurlar: Öz adını nəvəsinə verən ifaçı kimdir?

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

Tanınmış şou-biznes nümayəndələrinin şəxsi həyatları da hər zaman diqqət mərkəzində olur. Bir çox müğənni və aktyorlar artıq baba olmağın sevincini dadırlar. Onların sosial şəbəkələrdə paylaşdıqları fotolar və açıqlamalar da bu xəbərlərin ictimaiyyət tərəfindən maraqla qarşılanmasına səbəb olur.

Yenisabah.az Azərbaycan şou-biznesində baba statusuna yüksələn sənətçilərin siyahısını təqdim edir:

Elariz Məmmədoğlu – 2025-ci ilin mart ayında ifaçının ən kiçik nəvəsi Amerikada dünyaya gəlib. Bu dəfə övladı Məmməd Salmanlının oğlu olub. Hazırda sənətçinin 4 nəvəsi var. Pepperoni pizza

Nadir Qafarzadə – 2024-cü ilin yanvarında baba olub.

Əlikram Bayramov – Müğənninin iki nəvəsi var. Ən kiçik nəvəsi 2017-ci ildə dünyaya gəlib.

Sahib İbrahimov – O, 2016-cı ildə baba olub. Müğənninin qızının qızı dünyaya gəlib.

Vüsal Əliyev – İfaçı 2024-cü ildə baba olub. Onun qızının oğul övladı dünyaya gəlib.

Manaf Ağayev – 2019-cu ildə müğənninin oğlunun qızı dünyaya gəlib. Bundan əlavə, sənətçinin Manaf adında bir başqa nəvəsi də var.

Ədalət Şükürov – 2025-ci ildə müğənninin ilk nəvəsi dünyaya gəlib. Onun qızı Jalənin övladı doğulub.

Coşqun Rəhimov – Əməkdar artistin 2017-ci ildə kiçik nəvəsi doğulub. Onun qızının oğlu dünyaya gəlib. Bundan başqa, aktyorun bir qız nəvəsi də var.

Rafael İsgəndərov – Əməkdar artist 2019-cu ildə baba olub. Onun qızının qızı dünyaya gəlib. Nəvəsinin adı Zəhradır.

Aydan Hacı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
yenisabah.az

3Sources