EN

"Zəngəzur dəhlizi regionun taleyini dəyişəcək" - Türkiyəli nazir

"Cənubi Qafqaz regionunun taleyini dəyişəcək strateji layihələrdən biri olan Zəngəzur dəhlizi türk dünyasına, türk respublikalarına və Uzaq Şərqə gedən ən qısa marşruta çevriləcək".

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.

"30 illik proqnozla layihə 147,6 milyard türk lirəsi (təxminən 3,6 milyard ABŞ dolları) gəlir gətirəcək, yük daşıma qabiliyyəti isə 15 milyon ton olacaq. Biz Qars-İğdır-Aralık-Dilucu Dəmir Yolu Xəttini təkcə nəqliyyat xətti kimi deyil, eyni zamanda bölgənin taleyini dəyişdirəcək strateji sərmayə hesab edirik. Bu xətt Orta Dəhlizi gücləndirəcək və ölkəmizi beynəlxalq ticarətdə daha da vacib mərkəzə çevirəcək", - Uraloğlu əlavə edib.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
10
2
missiya.az

2Sources