EN

Görənlər şok oldu! 1 ildə 30 kilo verdi, sirrini ilk dəfə açıqladı

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli müğənni İşın Karaca artıq çəkidən xilas olaraq tamamilə yeni görünüşü ilə gündəmə gəlib. 

News24.az xəbər verir ki, güclü səsi ilə hər zaman diqqət mərkəzində olan sənətçi bir ildə 90 kilodan 60 kiloya enib. Onu görənlər tanımaqda çətinlik çəkib.

52 yaşlı müğənni şəhər həyatından uzaqlaşaraq İzmirin Urla bölgəsində yaşamağa başlayıb. Daha sakit həyata üstünlük verən Karaca, arıqlama sirrini də açıqlayıb:

“Yemirəm, belədir. Yoldaşım Can ilə birlikdə həkim nəzarəti altında fasiləli oruc tuturuq. Gündə 24 saatdan bir dəfə yemək yeyirik. Bir yemək üçün 30-40 dəqiqə vaxtım var, nə istəsəm yeyə bilirəm. Ən çox 17:30-18:00 arası yeyirəm. Bədənim buna öyrəşib.”

Müğənni həmçinin siqareti buraxdığını və sağlam həyata keçid etdiyini bildirib:

“Siqareti atdım, həyat yoldaşım mənə çox dəstək oldu. Sağlam həyata başladım, bunun nəticəsində həm arıqladım, həm də özümü daha yaxşı hiss edirəm.”

Aqil

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
news24.az

2Sources