
Məşhur cütlüyün münasibəti rəsmi olaraq başa çatıb. Bir müddətdir sosial mediada dolaşan ayrılıq iddiaları Hande Erçelin şəxsi hesabından Hakan Sabancı ilə olan fotolarını silməsi ilə daha da güclənmişdi.Arzu Sabancının isə bir moda tənqidçisinin Handenin stilini bəyənməyən videosunu “like” etməsi diqqət çəkmişdi. Bütün bu işarələrdən sonra məlum olub ki, cütlük münasibətlərinə son qoyub. Onlar hələ də bir-birlərini Instagram-da izləsələr də, artıq sevgili deyillər.İkilinin bu qərarı pərəstişkarlarında şok effekti yaradıb. Daha əvvəl də dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük son olaraq İtaliyada tətilə çıxmış, fotoları minlərlə bəyəni toplamışdı. Bu yay isə onlar Livanda məşhur dizayner Elie Saabın oğlunun toyuna qatılaraq münasibətlərini nümayiş etdirmişdilər. Hande Erçel və Hakan Sabancı 2 ildir birlikdə idilər.Ulusum.az
Diqqət Çəkənlər
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ