İsveç hökuməti Ukraynanın dövlət büdcəsinin kəsirinin ödənilməsi üçün əlavə 750 milyon kron (79 milyon dollar) ayırmaq qərarına gəlib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökumətinin məlumatında deyilir.
"Hökumət Aİ ilə Ukraynaya Dəstək Fondu vasitəsilə bu il ölkəyə 750 milyon kronun ayrılması haqqında yeni sazişin bağlanmasına dair qərar qəbul edib. Bu yardım Ukrayna dövlət büdcəsinin kəsirinin ödənilməsinə kömək edəcək", - məlumatda bildirilir.
Bu günədək İsveç ümumilikdə 95,8 milyard kron (10 milyard dollardan çox) ayırıb ki, bunun da 83 milyard kronu (8,74 milyard dollar) Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldilib.