EN

Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər

Ukrayna və Litva müdafiə məhsullarının birgə istehsalına başlamağı planlaşdırır.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Denis Şmıqal bildirib.

O, Kiyevdə Litvanın milli müdafiə naziri Dovile Şakalene ilə birlikdə müvafiq niyyət məktubunu imzalayıb.

"Biz birgə istehsalın başlanmasına, o cümlədən uzaqmənzilli pilotsuz uçuş aparatlarının yaradılmasına diqqət yetiririk", - o qeyd edib.

Nazirin sözlərinə görə, sənəd Ukrayna şirkətlərinin Litvada inkişafı və texnologiya mübadiləsi üçün də yeni imkanlar yaradır.

Chosen
6
1
report.az

2Sources