Qadın həndbolçular arasında son Azərbaycan çempionu “Azəryol” baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis qarşıdakı mövsüm ərzində Bakı klubunda işləyəcək.
“Azəryol” Avropa Kubokunun ikinci təsnifat mərhələsində Avstriyadan “Yunion Kornoyburq” ilə qarşılaşacaq.
İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.