Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimova son paylaşımı ilə diqqət çəkib.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi arxiv fotolarını izləyiciləri ilə bölüşüb.
O, 1960-cı ilə Şuşada çəkdirdiyi fotoları paylaşıb. Firəngiz Mütəllimova daha öncə paylaşdığı postu “Hekayə”sinə əlavə edib. Sözügedən paylaşımda isə bunlar yazılıb:
“Şuşa 1960-cı il. Atam, anam, nənəm və mən. Allah dünyasını dəyişən əzizlərimizə rəhmət, qalanlarına can sağlığı versin”.