EN

Yeni nüvə danışıqları Cenevrədə baş tutacaq

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

"ISNA" dövlət xəbər agentliyinin rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, görüş çərşənbə günü xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İranın nümayəndə heyətinə nazir müavinləri Məcid Təxtrəvançi ilə Kazım Qəribabadi rəhbərlik edəcəklər. Xatırladaq ki, bu danışıqların ilk mərhələsi iyulda Türkiyənin İstanbul şəhərində baş tutmuşdu.

Əraqçi avropalı həmkarları ilə nüvə məsələsindən danışacaq

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir. Digər tərəfdən, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür". Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası üçün nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb. Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 12-də yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Tehran BAEA ilə əməkdaşlığı canlandıracaq. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
3
azvision.az

10Sources