EN

Lənkəranın 13 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Lənkəran rayonunun 13 yaşayış məntəqəsində qaz təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 26-da Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyi sınaqdan keçiriləcək.

Bu məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5 000 abonentin qaz təchizatının saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.

Chosen
36
17
ikisahil.az

10Sources