EN

Qəzzada aclıqdan ölənlərin sayı günü-gündən artır

İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan bölgədə son 24 saatda daha 8 nəfər həyatını itirib. Beləliklə, 115-i uşaq olmaqla ümumi ölüm sayı 289-a çatıb.

Sitat.info xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş bildirib ki, İsrailin hücumları və mühasirəsi səbəbindən son 24 saatda 8 nəfər daha aclıq və qidalanma çatışmazlığından həyatını itirib. 7 oktyabr 2023-dən bu yana aclıqdan ölənlərin sayı 289-a, o cümlədən 115-i uşaq olmaqla çatıb.

BMT tərəfindən dəstəklənən IPC-nin hesabatına əsasən, 15 avqust 2025 tarixinə Qəzzədə aclıq 5-ci — yəni fəlakət səviyyəsindədir. Yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üz-üzədir.

İsrailin yardımın qarşısını alan blokadası nəticəsində Qəzzədə su, dərman, tibbi və gigiyenik vasitələr tapılmır. Aclıqdan ölənlərin sayı, xüsusilə uşaqlar arasında, durmadan artır. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu "silah" kimi istifadə etdiyini bildirirlər.

2,3 milyon əhalisi olan Qəzzədə 2 milyon insan yerindən edilib, çoxu bir neçə dəfə köç etməyə məcbur olub. İnsanlar çadırlarda, gigiyena şəraiti olmayan, xəstəliklərin yayıldığı məktəblərdə yaşamağa çalışırlar. İsrail isə bu mülki sığınacaqları hədəf almaqda davam edir.

Chosen
24
1
sitat.info

2Sources