EN

Almaniyanın vitse-kansleri Ukraynada

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Ukraynaya gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi mümkün sülh prosesində Almaniyanın Ukraynaya necə dəstək verə biləcəyini öyrənməkdir.

Klinqbeylin Ukrayna hökuməti və parlamentinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir . 

Onun vətəndaş cəmiyyətinin nümayəndələri ilə də ünsiyyət qurmaq niyyətində olduğu bildirilib.

Mina Mikayılova

Chosen
8
1
bakivaxti.az

2Sources