Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
Türkiyədə 6 vilayətdə cinayətkar təşkilatı hədəf alan əməliyyat keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşımında bildirib.
Nazir Sinop mərkəzli olan 6 vilayətdə cinayətkar təşkilatı hədəf alan əməliyyatlarda hesablarında 643 milyon lirə olan çete lideri də daxil olmaqla 20 şübhəlinin tutulduğunu və onlardan 11-nin həbs edildiyini açıqlayıb.
Ə.Yerlikaya həmçinin qeyd edib ki, prokurorluq həmin şəxslər barəsində araşdırmalara başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.