EN

Tramp: ABC və NBC-nin yayım lisenziyaları ləğv edilməlidir

ABŞ prezidenti Donald Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib.

Poliqon xəbər verir ki, Ağ Evin rəhbəri Truth Social sosial şəbəkəsində bu kanalların onun haqqında qərəzli və mənfi xəbərlərin 97%-ə qədərini təşkil etdiyini vurğulayıb.

"Əgər bu belədirsə, deməli, onlar Demokratlar Partiyasının bir hissəsidir, yəni FCC (Federal Rabitə Komissiyası) onların lisenziyasını ləğv etməlidir. Bu, real demokratiya üçün təhlükədir", deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin bildirib ki, telekanallar efir vaxtından istifadəyə görə milyonlarla dollar ödəmirlər. O, ABC və NBC-nin ən qiymətli tezliklərdən istifadə etmək imtiyazına görə böyük məbləğlər ödəməli olduğunu vurğulayıb.

Bu ilin may ayında Donald Tramp NPR və PBS kanallarını "siyasi neytrallıq tələblərini pozmaqda" ittiham edərək birbaşa və ya dolayı maliyyələşdirməni qadağan edib. Bundan əvvəl, fevralda ABŞ prezident administrasiyası Associated Press (AP) jurnalistlərinin Oval kabinetə və prezident təyyarəsinin göyərtəsində çıxışını məhdudlaşdırmışdı.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources