EN

Telefon danışıqlarını uzaqdan dinləmənin YENİ ÜSULU

Pensilvaniya Universitetinin əməkdaşları telefon danışıqlarını uzaqdan dinləməyin yeni üsulunu təqdim ediblər.

NOCOMMENT.az bu barədə pravda.az-a istinadən xəbər verir.

Alimlər millimetrlik radar vasitəsilə smartfonun gövdəsinin çox az nəzərə çarpan titrəyişlərini “oxuyub” onları mətnə çevirməyin mümkün olduğunu göstəriblər.

Məsələn, üç metr məsafədə 10 min sözdən ibarət lüğətlə nitqin açılmasında 60%-ə qədər dəqiqlik əldə etmək mümkündür. Titrəyişləri nitqə çevirmək üçün tədqiqatçılar açıq süni intellekt modeli olan “Whisper”i yalnız parametrlərinin 1%-ni dəyişdirərək uyğunlaşdırıblar. Test zamanı smartfon nitqi səsləndirib və radar onun səthinin mikroskopik vibrasiyasını qeydə alıb. Nəticədə, əldə edilmiş “səs-küylü” məlumatlar modifikasiya edilmiş model tərəfindən emal olunub.

Alimlərin fikrincə, nəticə dodaq oxuma ilə müqayisə edilə bilər: sözlərin yalnız 30-40%-i tanınsa belə, kontekst söhbətin çox hissəsini bərpa etməyə imkan verir.

 

Oxu.az

Chosen
7
3
nocomment.az

4Sources