EN

BMT rəsmisi: Qəzzada vəziyyət fəlakətlidir 

Qəzza sektorunda ərzaqla bağlı vəziyyət fəlakətlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn bəyanat yayıb.
 
"Vəziyyət fəlakətlidir. Orada çox ciddi qidalanma problemi var, insanlar aclıqdan ölürlər", - o, Yaponiya televiziya kanalına müsahibəsində bildirib.
 
Makkeynin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı Qəzzanın ehtiyacı olan həcmdə ərzaq təmin edə bilən ən böyük və yeganə təşkilatdır, lakin İsrail hərbçilərinin fəaliyyəti humanitar vəziyyəti çətinləşdirir.
 
"Toplar, tanklar və digər silahlar bizə tuşlandığı zaman iş görmək çox çətindir", - o əlavə edib.
 
 
Chosen
73
1
moderator.az

2Sources