EN

İtən trustlər tapılıb

İtən

Xilasedicilər İturup adasındakı Baranski vulkanı ərazisində daha əvvəl itmiş turistlər qrupunu tapıblar. Saxalin vilayətinin Kurilski bələdiyyə dairəsinin rəhbəri Konstantin İstominin Telegram kanalında verdiyi məlumata görə, artıq Fövqəladə Hallar Nazirliyinin helikopteri onları Kurilska aparır.

"Baranski vulkanı ərazisində itkin düşən turistlər qrupu haqqında operativ məlumat: turist qrupundakı 10 nəfərin hamısı Fövqəladə Hallar Nazirliyinin helikopterinin göyərtəsindədir və onları Kurilsk şəhərindəki ambulans məntəqəsinə aparacaq”, - deyə İstomin bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tapılan turistlərin heç birinin tibbi yardıma ehtiyacı yoxdur.

Cavid

Chosen
13
2
xalqcebhesi.az

3Sources