EN

Süni intellekt hüceyrələrin cavanlaşmasını 50 dəfə sürətləndirib

Elm adamları süni intellektdən istifadə edərək hüceyrələrin cavanlaşmasını sürətləndirməyi bacarıblar.

Xəbər verilir ki, biotibbi məlumatlar üzərində təlim keçmiş GPT-4b micro, “Yamanaka faktorları” kimi tanınan dörd zülaldan istifadə edərək köhnələn hüceyrələri sürətlə gənc kök hüceyrələrə çevirə bilir. Bu hüceyrələr istənilən toxumanı formalaşdırmağa qadirdir.

Əvvəllər bu zülalların təbii aktivliyi zəif olduğundan və onların süni tətbiqi çox ləng və qeyri-səmərəli olduğundan cavanlaşma prosesi yavaş gedirdi. Yeni versiya zülalların tətbiq səmərəliliyini 50 dəfə artıraraq yaşlı donorların hüceyrələrini sürətlə “cavanlaşdırmağa”, onları gənc vəziyyətə qaytarmağa və DNT zədələrinin bərpasını yaxşılaşdırmağa imkan verib.

Müxtəlif qiymətləndirmələrə görə, bütün klinik sınaqlar 2027-ci ilin sonunadək başa çatacaq.


Chosen
8
azia.az

1Sources