EN

Moskvada “Uşaq aləmi” mağazasında partlayış: ÖLƏN VƏ YARALANANLAR VARVİDEO

Moskvanın mərkəzində, Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Uşaq aləmi”) partlayış baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

 

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

 

Partlayışdan sonra ziyarətçilər və işçilər ticarət mərkəzindən təxliyə olunub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
77
12
senzor.az

10Sources