EN

Suriya prezidenti İsraillə təhlükəsizlik razılaşmasına doğru irəliləyiş olduğunu bildirib

Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə ediblər.

“Report” xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Dəməşqdə ərəb mediasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, müzakirə olunan razılaşma İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə Qolan təpələrindəki ayırma xəttinə qayıtmağa əsaslanacaq.

O, həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək, Suriya və regionun maraqlarına cavab verən istənilən qərarı qəbul etməkdən və ya hər hansı razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini vurğulayıb.

Chosen
8
2
report.az

3Sources