EN

17 yaşlı idmançı faciəli şəkildə öldü

“Tenerife-Kabberti” klubunun velosipedçisi İvan Melendes İspaniyanın şimalındakı Soria əyalətində “Vuelta a Ribera del Duero” yarışının ikinci mərhələsində ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Eurosport” məlumat yayıb.

Faciə şənbə günü, avqustun 23-də baş verib. 17 yaşlı ispaniyalı kütləvi yürüşdə aldığı xəsarətlər nəticəsində ölüb. Yarışda 150-dən çox idmançı iştirak edib.

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) artıq bu məlumatı təsdiqləyib, idmançının vəfatı ilə bağlı başsağlığı verib.

Chosen
56
publika.az

1Sources