EN

Bundesliqanın birinci turuna yekun vurulub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Berlin, 24 avqust, AZƏRTAC

Bundesliqanın 2025-2026-cı il mövsümünün birinci turuna “Maynts 05” - “Köln” və “Mönxenqladbax” - “Hamburq” görüşləri ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ilk qarşılaşmada Maynts təmsilçisi minimal hesabla uduzub. Digər oyunda isə hesab açılmayıb.

Xatırladaq ki, Bundesliqanın açılış matçında “Bavariya” doğma meydanda “Leyptsiq”i 6:0 hesabı ilə darmadağın edib.

Digər görüşlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:

“Bayer Leverkuzen” - “Hoffenhaym” - 1:2

“Ayntraxt Frankfurt” - “Verder Bremen” - 4:1.

“Frayburq” - “Auqsburq” 1:3

“Haydenhaym” - “Volfsburq” - 1:3

“Union Berlin” - “Ştutqart” - 2:1.

“Borussiya Dortmund” - “St Pauli” - 3:3.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
azertag.az

2Sources