EN

“Alleqri "Milan"ı yenidən zirvəyə çıxara bilər”

“Real Madrid” və “Milan”ın sabiq baş məşqçisi Karlo Ançelotti geniş müsahibəsində “Milan”ın hazırkı çalışdırıcısı Massimiliano Alleqrini də dəyərləndirib.

90deqiqe.Az-ın "piantamilan.it"ə istinadən məlumatına görə,  Ançelotti hesab edir ki, Allegrinin geri dönüşü “Milan” üçün düzgün qərardır və o, klubun ehtiyacı olan vacib fiqurdur.

"Milan" yenidən Alleqriyə güvəndi və mən bunu doğru seçim hesab edirəm. O, klub üçün vacib insandır. Seriya A"da Sarri, Konte, Qasperini kimi top məşqçilər var, eyni zamanda Alleqri də bunlardan biridir”

Xatırladaq ki, Karlo Ançelotti özü 1980-ci illərdə “Milan”ın futbolçusu olub, baş məşqçi kimi isə 2001–2009-cu illərdə çalışıb.

Chosen
9
90deqiqe.az

1Sources