EN

İraq neft emalı gücünü artırır: gündəlik hədəf 1,65 milyon barrel

Bakı. Trend:

İraq neft emalı gücünü sutkada 1,3 milyon barrelə çatdırıb. Ölkəiqtisadi sabitlik və enerji suverenliyini təmin etməkstrategiyasının bir hissəsi olaraq bu həcmi 1,65 milyon barrelədəkyüksəltməyi planlaşdırır.

Trend xəbər verirki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, belə templər daxili bazarda neft məhsullarınaolan tələbatı tam ödəməyə, idxalı azaltmağa, milyardlarla xaricivalyutaya qənaət etməyə və eyni zamanda aviasiya yanacağınınixracına başlamağa imkan verəcək.

Neft emalı gücünün artması İraqı xammal ixracatçısından neftməhsulları bazarında mühüm oyunçuya çevirir. Bu, ölkənin iqtisadimüstəqilliyini gücləndirir, yanacaq idxalından asılılığı azaldır vəregionun enerji balansına təsir göstərə bilər.

Qeyd olunub ki, neftin əsas təsir vasitəsi olduğu Yaxın Şərqdəbu addım İraqın müstəqilliyinin möhkəmlənməsi və onun regionalgeosiyasətdə rolunun artması anlamına gəlir.

Chosen
27
az.trend.az

1Sources