EN

Makronun hərbi təşəbbüsü ölkə içində də, Avropada da rədd olunur

Makronun

Fransa prezidenti Emmanuel Makronun Avropa hərbçilərinin Ukraynaya göndərilməsi barədə fikri ölkə daxilində və xaricində sərt reaksiyalar doğurmaqda davam edir. Bu dəfə təşəbbüsü kəskin tənqid edənlərdən biri də “Patriotlar” hərəkatının lideri Florian Filippo olub.Sosial şəbəkə X-də paylaşım edən Filippo ideyanı “tamamilə dəli bir təşəbbüs” adlandırıb:“O, hər dəfə bir sillə üstə bir sillə alır! Hətta onu alçaldırlar! Qəti olun və bu dəliliyi rədd edin!” – deyə siyasətçi vurğulayıb.Filipponun sözlərinə görə, Makronun mövqeyi nə Fransa ordusu tərəfindən, nə də Avropadakı bir çox müttəfiqlər tərəfindən qəbul edilmir. Onun fikrincə, prezident həm daxildə, həm də beynəlxalq səviyyədə tam etirazla üzləşib.Ulusum.az

Diqqət Çəkənlər

Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ

Azərbaycan və Rusiya nazirləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gəncə hava limanından Moskva və Sankt-Peterburq reysləri təxirə salındı

Chosen
15
ulusum.az

1Sources