EN

İsmayıllının dağlıq ərazilərində yanğın baş verib

Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunun Əhən kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın hadisəsi qeydə alınıb.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı rayonlarından canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və tamamilə söndürülüb.

Mürəkkəb relyefli ərazidə baş verən hadisənin səbəbləri araşdırılır.

Chosen
21
4
hafta.az

10Sources