EN

Dağlıq ərazidə yanğın olub

İsmayıllıda dağlıq ərazidə yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi İsmayıllı rayonu Lahıc-Dəmirçi yolunda dağlıq ərazidə baş verib.

Əraziyə İsmayıllı rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Texnikanın hərəkəti mümkün olmadığından və dağlıq ərazi olduğundan yanğın YMH nin əməkdaşları tərəfindən saat 19:19-də əl vasitəsi ilə söndürülüb.

Yanğın nəticəsində 20 ha ərazidə kol-kos və quru otlaq yanıb, xəsarət alan olmayıb.  

Mübariz Muradov

Chosen
11
5
qafqazinfo.az

6Sources