EN

17 yaşlı ispaniyalı velosipedçi yarış zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

17 yaşlı ispaniyalı velosipedçi İvan Melendes yarış zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mətbuat xidməti məlumat yayıb.

İdmanşı "Vuelta Ribera del Duero" çoxgünlük yarışının ikinci mərhələsində kütləvi toqquşma nəticəsində qəza keçirib. Daha sonra aldığı ağır xəsarətlər səbəbindən vəfat edib.

Melendes "Tenerife-Cabberty" komandasında çıxış edirdi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
3
icma.az

4Sources