EN

Moskvada Uşaq Mağazasında PARTLAYIŞ: Ölən və yaralananlar var

Rusiya paytaxtında yerləşən Mərkəzi Uşaq Mağazasında baş verən partlayış faciə ilə nəticələnib. Hadisə zamanı bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Far.Az xəbər verir ki, Moskva meri Sergey Sobyanin məlumatı öz teleqram kanalında təsdiqləyib.

O, ilkin ehtimallara görə partlayışın avadanlıqdakı texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

Mer əlavə edib ki, dəqiq səbəblər istintaq orqanlarının araşdırmasından sonra açıqlanacaq.

Qeyd edək ki, bundan öncə Moskva Səhiyyə Departamenti hadisə nəticəsində 3 nəfərin yaralandığını açıqlamışdı.

Chosen
46
far.az

1Sources