EN

Ağcaqanad dişləməsi ölümcül risk DAŞIYIR

Ağcaqanadlar sadəcə qaşınma deyil, həm də ağır xəstəliklərə səbəb ola bilər. 

News24.az xəbər verir ki, onların daşıdığı virus və parazitlər insanlara keçərək yüksək hərarət, səpkilər, oynaq və əzələ ağrıları yaradır, bəzi hallarda isə ölümcül nəticələrə gətirib çıxarır. 

Dünyada hər il milyonlarla insan bu infeksiyalarla üzləşir. Malyariya, Denq qızdırması, Zika və Qərbi Nil virusu ən çox yayılmış xəstəliklərdəndir. Həmçinin sarı qızdırma və çikunqunya da ağır fəsadlara yol aça bilir. 

Xüsusilə hamilə qadınlarda Zika virusu körpələrin beyin inkişafını zədələyə bilər. Bu səbəbdən ağcaqanad dişləmələrinə qarşı ehtiyatlı olmaq və qoruyucu tədbirlər görmək vacibdir.

Xeyrənsə Piriyeva

Chosen
63
news24.az

1Sources