EN

Lənkəranda qadının qətlində şübhəli bilinən şəxs polisə könüllü təslim oldu

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.

Far.Az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***10:21

Lənkəranda gənc qadın qətlə yetirilib.

Far.Az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Chosen
52
11
far.az

10Sources