EN

Kobi Brayantın həyatı film olur

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Warner Bros. Pictures" məşhur amerikalı basketbolçu Kobi Brayantın həyatına həsr olunmuş film çəkəcək.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Filmdə Brayantın “Los-Anceles Leykers” komandasına necə daxil olması və basketbol karyerasının başlanğıcı təsvir olunacaq. Ssenari üzərində Aleks Son və Qevin Yoxannsen çalışır.

Kobi Brayant “Los-Anceles Leykers” klubunda 20 mövsüm keçirmiş və beş dəfə NBA çempionu olmuşdu. O, 2016-cı ildə, 37 yaşında peşəkar idman karyerasını başa vurmuşdu.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Brayant qızı Ciana və daha 7 nəfərlə birlikdə helikopter qəzasında həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
axsam.az

1Sources