EN

Lukaşenko Ukrayna xalqını təbrik etdi

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Belarus Ukrayna xalqı ilə konstruktiv dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü ilə bağlı təbrikində deyib.

“Xarici qüvvələr bizi nə qədər müxtəlif istiqamətlərə çəksələr də, Belarus ukraynalılar üçün açıq qalmaqda davam edəcək. Biz cənub qonşularımızla qarşılıqlı faydalı əməkdaşlığa və konstruktiv dialoqa sadiqik. Sülh və harmoniyada yanaşı yaşamaq Belarus və Ukrayna xalqlarının qədim taleyi olub. Sıx birgəyaşayış insanlar arasında ümumi tarixi tale, ortaq xristian dəyərləri və səmimi dostluqla təmin olunmuş qırılmaz qan bağları yaratmışdır. Bütün qəlbimlə Ukrayna vətəndaşlarına bugünkü çağırışlara cavab tapmasını, çoxmillətli ölkənizə isə dinc səma, həmrəylik və həqiqətən müstəqil inkişaf arzulayıram”, - Lukaşenko bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
axar.az

3Sources