Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-nin Pittsburq şəhəri (Pensilvaniya) yaxınlığında avtobus qəzası baş verib.
İdman.biz AP-a istinadən xəbər verir ki, hadisə nəticəsində Amerikanın gənclərdən ibarət futbol komandasının azı 21 futbolçusu müxtəlif dərəcəli xəsarət alıb.
Qəza yolun çətin keçilən hissəsində qeydə alınıb. Avtobusda Alikippa orta məktəbinin 25 futbolçusu ilə yanaşı, onları müşayiət edən 3 böyük olub.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.