EN

“Bu, müdaxilə deyil, bu beynəlxalq hüququn tələbidir”

“Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı dövlətimizin ortaya qoyduğu prinsipiallıq bəzi anti-Azərbaycan qüvvələri tərəfindən məqsədli şəkildə başqa cür – Ermənistan ərazisinə müdaxilə kimi qiymətləndirilsə də, bu cür yanaşmanın qərəzli və absurd olduğu göz önündədir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu, hər şeydən öncə beynəlxlq hüququn tələbidir:

“Qərbi azərbaycanblıların geri qayıdışı beynəlxalq hüququn tələbidir və bu tələb hökmən yerinə yetirilməlidir.

Azərbaycan hər zaman özünün sülhpəvər olduğunu sözdə də, əməldə də ortaya qoyub. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. 8 avqust Vaşinqton razılaşması da bunu bir daha göstərdi. Lakin qərbi azərbaycanlıların geri qayıdışı mütləqdir. Çünki onlar öz yurdlarından güclə qovulub, soyqırımlarına, qətliyamlara məruz qalıblar. Belə olan halda onların geriyə - öz dədə-baba yurdlaırna qayıdışının təmin edilməsindən daha ədalətli, daha məntiqli, daha təbii heç nə ola bilməz”.

Seymur ƏLİYEV

Chosen
33
moderator.az

1Sources