Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ olub.
Referans Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, 4 bal gücündə yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:59-da Elbistan rayonunda qeydə alınıb.
Zəlzələnin 19,74 km dərinlikdə baş verdiyi açıqlanıb.