Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqun Pulkovo və Moskvanın Vnukovo hava limanlarına həyata keçirilməsi gözlənilən aviareyslər təxirə salınıb.
Â
"Report"un məlumatına görə, Gəncədən Sankt-Peterburq şəhərinə avqustun 23-ü saat 16:40-da yerinə yetirilməli olan təyyarə reysi qeyri-müəyyən vaxta təxirə salınıb.
Â
Bundan başqa, Gəncədən Moskavaya avqustun 24-də saat 03:05-də həyata keçirilməsi gözlənilən təyyarə reysi də təxirə salınıb. Bu reysin səhər 08:00-10:00 saatları aralığında yerinə yetirilməsi gözlənilir.
Â
İlkin məlumata görə, uçuşların təxirə salınmasına səbəb Rusiyada hava məkanının bağlanmasıdır.
Â
Qeyd edək ki, Gəncədən Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya uçmaq üçün isə 156 sərnişin bilet alıb.